KTMT niyə sürətlə Qazaxıstandan çıxır? – Peskov açıqladıbackend

KTMT niyə sürətlə Qazaxıstandan çıxır? – Peskov açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, Rusiyaya aid məsələ deyil, hər şeyi KTMT koordinasiya edir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlılarının Qazaxıstandan nə üçün sonda çıxacağı ilə bağlı danışarkən deyib.

O, KTMT qüvvələrinin ölkədən çıxarılmasının müddətindən danışarkən qeyd edib ki, missiya bir gündə yerləşdirilməyib.

“Qüvvələr bir neçə gün ərzində yerləşdirilib. Eyni zamanda, bütün bunlar KTMT tərəfindən müəyyənləşdirilir, ona görə də bu, təkcə Rusiya Federasiyasına aid məsələ deyil”, – prezidentin mətbuat katibi söyləyib.

Peskov kontingentin sürətlə geri çəkilməsini KTMT-dən yardım istəyən ölkənin qərarı ilə izah edib: “Bu, həm də qısa müddətdə qazax dostlarımıza yaranmış problemlərin öhdəsindən gəlməyə kömək etmək üçün kifayət qədər təsirli missiya olduğunu göstərir”.

Baykonur aerodromunun gücləndirilmiş təhlükəsizlik rejiminin qalıb-qalmayacağı ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, bunu rusiyalı mütəxəssislər və ilk növbədə Qazaxıstan hüquq-mühafizə orqanları həyata keçirir.