KTMT ölkəsindən İrəvana ismarış: Yalnız bu şərtlə!backend

KTMT ölkəsindən İrəvana ismarış: Yalnız bu şərtlə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Serjan Abdıkarimov rəsmi müraciətlə çıxış edib.

Səfirlıkdən NOCOMMENT-ə verilən məlumata əsasən, səfir regionda sülh və sabitliyə təhlükə yaradan Dağlıq Qarabağda Ermənistan-Azərbaycan münaqişəsinin getdikcə qızışmasından ciddi narahatlığını ifadə edib.

“Beynəlxalq humanitar hüquq çərçivəsində öhdəlikləri nəzərə alınmaqla, dinc şəhərlərin, onların sakinlərinin və mülki obyektlərin atəşə tutulmasını qeyri-insani və yolverilməz hesab edirəm. Bununla əlaqədar olaraq, Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutularaq günahsız uşaqlar da daxil olmaqla dinc əhalinin həlak olmasını qətiyyətlə pisləyirəm.

Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Qazaxıstanın əvvəllər səsləndirdiyi və dəyişməz mövqeyi çərçivəsində münaqişənin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrinə uyğun olaraq beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həllinin zəruriliyini bir daha təsdiq edirəm”, – deyə diplomat qeyd edib.