KTMT Paşinyanın açıqlamasını təkzib edibbackend

KTMT Paşinyanın açıqlamasını təkzib edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Katibliyinə Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı heç bir açıqlama daxil olmayıb”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə KTMT Katibliyindən məlumat verilib.

“Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı Nikol Paşinyanın fikirləri, görünür, təşkilatın keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir”, – deyə təşkilatdan qeyd edilib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib ki, ölkəsinin Rusiyanın hakim olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub.