KTMT sədrliyi sabah Ermənistana keçirbackend

KTMT sədrliyi sabah Ermənistana keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Tacikistanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitindən sonra təşkilata sədrlik Ermənistana keçəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 16-da Düşənbədə KTMT Təhlükəsizlik Şurasının zirvə toplantısında quruma sədrlik edəcək Ermənistanın prioritetlərini təqdim edəcək.

Tədbirdə KTMT-yə üzv dövlətlərin başçıları, eləcə də təşkilatın baş katibi Stanislav Zas iştirak edəcək. Kollektiv Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini və KTMT-nin sessiyalararası dövrdəki fəaliyyətinin əsas nəticələrini müzakirə edəcəklər.