Mazutun dağılmasından sonra xilasedicilər və könüllülər Qara dəniz sahilindən 147 min tondan çox çirklənmiş torpaq toplayıb çıxarıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb.
“Çirklənmiş torpaq Anapanın Voskresenski kəndindəki utilizasiya obyektlərinə və müvəqqəti anbar sahəsinə aparılır. Bütün istismar dövründə 37,5 min tondan çox qum tullantılara göndərilib. “Müvəqqəti anbarda 110 min tondan çox məhsul saxlanılıb”, – məlumatda deyilir.