Kubanın prezidenti Diaz-Kanel yenidən prezident seçilibbackend

Kubanın prezidenti Diaz-Kanel yenidən prezident seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubada Xalq Hakimiyyəti Milli Assambleyasında keçirilən sessiyada deputatların 97,66 faiz dəstəyi ilə prezident Migel Diaz-Kanel yenidən seçilib.

NOCOMMENT xəbər verir ki, Milli Seçki Şurasından verilən açıqlamada hazırkı 462 deputatdan 459-nun Caneli dəstəklədiyi, 97,66 faizlə 62 yaşlı Diaz-Kanelin yenidən dövlət başçısı olmağa haqq qazandığı açıqlanıb.

Vitse-prezident Salvador Valdes Mesa 462 deputatdan 439-nun dəstəyi ilə yenidən vitse-prezident seçilib.

Milli Assambleyanın sədri Esteban Lazo plenar iclasdakı çıxışında “Elan edilmiş nəticələri nəzərə alaraq, seçilmiş deputat Migel Mario Diaz-Kanel Bermudezi respublika prezidenti elan edirəm” deyib.

Kubada 43 illik konstitusiya dəyişikliyindən sonra 2019-cu il oktyabrın 11-də Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Diaz-Kanel prezident seçilib.