Küçədə iti baltaladı – Araşdırma aparılırbackend

Küçədə iti baltaladı – Araşdırma aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “DSK yolu” adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.

NOCOMMENT.az bildirir ki, bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:

“Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi”.

Hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.