Küçədə öldürdüyü keçmiş arvadını bir müddətdir izləyirmiş…backend

Küçədə öldürdüyü keçmiş arvadını bir müddətdir izləyirmiş… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Sabunçu rayonu Bakıxanov qəsəbəsində 44 yaşlı Rasim Xəlilovun əvvəlcə keçmiş həyat yoldaşı, 25 yaşlı Misli Xəlilovanı, sonra özünü güllələyərək qətlə yetirdiyi hadisə ilə bağlı bəzi faktlar məlum olub.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə M.Xəlilovanın Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində yaşadığı binanın önündə baş verib.

Bildirilib ki, bir müddət əvvəl ailədaxili problemlər səbəbindən onlar boşanıblar. Lakin R.Xəlilov özündən 19 yaş kiçik olan Misli ilə münaqişəli vəziyyəti davam etdirib və onu izləməyə başlayıb.

Bu gün günorta saatlarında keçmiş həyat yoldaşının yaşadığı beşmərtəbəli binanın yaxınlığına gələn şəxs onun dəhlizdən çıxmasını gözləyib.

Gənc qadın binadan həyətə çıxan kimi o, özü ilə gətirdiyi odlu silahı götürərək Mislinin baş nahiyəsinə atəş açıb, daha sonra isə özünü güllələyərək intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.