Küçəyə atılan körpə ilə bağlı rəsmi məlumat – FOTOLARbackend

Küçəyə atılan körpə ilə bağlı rəsmi məlumat – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində bu gün səhər saatlarında küçəyə atılmış körpənin vəziyyəti normaldır.

NOCOMMENT xəbər verir ki, bu barədə qafqazinfo-ya Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev məlumat verib. O bildirib ki, uşaq xəstəxanada müayinə olunub və vəziyyəti yaxşıdır, hər hansı problemi yoxdur. Baş həkim həmçinin bildirib ki, müayinə əsasında çəkisinə görə körpənin 5 aylıq olduğu ehtimal olunur.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə bildirib ki, körpənin valideynlərinin tapılması istiqamətində Gəncə ŞBPİ-də müvafiq araşdırmalar başlanıb.