Kukla Teatrında yoxlamalar DAYANDIRILIBbackend

Kukla Teatrında yoxlamalar DAYANDIRILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aparılan yoxlamalar dayandırılıb.

Bu barədə NOCOMMENT-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Teatrda yoxlama davam etdirilmir və yenidən hər hansı bir yoxlamanın aparılması nəzərdə tutulmayıb. Bəzi sosial media hesablarında yoxlamanın yenidən keçirilməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, ötən ilin noyabrından teatrda yoxlamalar başlamışdı.