Kuleba Aİ-nin Ukrayna ilə bağlı qərarlarının olmadığını bildiribbackend

Kuleba Aİ-nin Ukrayna ilə bağlı qərarlarının olmadığını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ xarici işlər nazirlərinin görüşündən sonra bildirib ki, Aİ ölkələri Ukrayna ilə bağlı heç bir məsələ, o cümlədən Kiyevə maliyyə və hərbi dəstək barədə qərar qəbul etməyiblər. Bu barədə TASS məlumat yayıb.

Kulebanın sözlərinə görə, Ukraynanın Aİ-yə üzvlük perspektivləri və Kiyevə dəstək verilməsi ilə bağlı danışıqlar davam edir, bütün qərarlar isə havadadır.

“Ancaq maliyyə məsələləri, nisbətən desək, bloklanırsa, bu problemləri həll etməyin başqa yolları var. Lakin üzvlüklə bağlı danışıqlara başlanacağı təqdirdə konsensus əldə etməkdən başqa çıxış yolu yoxdur”, – deyə nazir əlavə edib.