İyulun 24-nə keçən gecə Odessa vilayətindəki logistik infrastruktur obyektləri, o cümlədən dəniz limanları, nəqliyyat qovşaqları və dəmiryolu qatarları hücumlara məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın bərpa üzrə baş nazir müavini, icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba Telegram kanalında məlumat verib.
Bundan əvvəl Odessa şəhərinin meri Gennadi Truxanov şəhərdə hava həyəcanı fonunda baş verən partlayışlar barədə məlumat vermişdi.
Əvvəlki gün, “Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznıtsya”) enerji infrastruktur obyektlərinin Sumı və Poltava vilayətlərində zərər gördüyü bildirilmişdi.