Kuleba: Putin-Tramp görüşü sülh üçün “yaxşı əlamət”dirbackend

Kuleba: Putin-Tramp görüşü sülh üçün “yaxşı əlamət”dir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçiriləcək danışıqları “yaxşı əlamət” adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, o, bunu MSNBC telekanalına müsahibəsində bildirib.

“Danışığın özü yaxşı əlamətdir və onu davam etdirmək lazımdır, çünki ukraynalılar mübarizəni davam etdirir və davam etdirəcəklər. Ukraynalılar yorulub, hamımız sülhün bərpası üçün bir şansa ehtiyac duyuruq”, – deyə Kuleba vurğulayıb.

Eyni zamanda, sabiq XİN rəhbəri Rusiyanın münaqişənin həllinə hazır olduğu fikrinə şübhə ilə yanaşıb.

“Hətta atəşkəs şəklində fasilə olsa belə, bunun sadəcə bir pauza olacağı barədə geniş bir anlayış mövcuddur”, – Kuleba bildirib.