Kuleba: Putinə son dərəcə yaxın idi, hətta qızlarından birinin…backend

Kuleba: Putinə son dərəcə yaxın idi, hətta qızlarından birinin… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın ən böyük müxalifət partiyası “Həyat naminə”nin lideri, ötən həftə Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Kremllə sıx əlaqələrinin olduğu bildirilən Viktor Medvedçuk məhkəmədə mühakimə olunacaq.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici işlər naziri Dmitro Kuleba açıqlama verib.

Ölkənin baş diplomatı Medvedçuk haqqında deyib: “O, prezident Putinə son dərəcə yaxın idi. Medvedçukun onun qızlarından birinin xaç atası olduğu deyilir. Bu faktın özü hər şeyi ortaya qoyur”.

Medvedçukun mühakimə prosesi ilə bağlı Kuleba qeyd edib: “O, Ukrayna vətəndaşıdır, qanunun aliliyinə malik bir ölkə olduğumuz üçün bütün prosessual hüquqlardan yararlanacaq. Onunla bağlı qərar həm hüquqi, həm də siyasi proses çərçivəsində müəyyən olunacaq. Heç bir siyasi variantı istisna etmirik, amma hər şeydən əvvəl Ukraynaya qarşı törətdiyi cinayətlərə görə məsuliyyəti öz üzərinə götürəcək”.