“ABŞ-ın gələcək prezidenti Donald Tramp Ukraynadakı münaqişəni nə 24 saata, nə 48 saata, nə də 72 saata həll edə bilməyəcək”.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Die Presse” qəzetinə müsahibəsində deyib.
Kulebanın fikrincə, prezidentlik yarışında siyasətçinin qələbəsi Ukrayna üçün də istənilən digər Avropa ölkəsi üçün eyni deməkdir – qəbul edilməli və onunla işləmək lazım olan yeni reallıq.
“Trampın ilk açıqlamaları və telefon zəngləri böyük səs-küyə səbəb olsa da, hələlik bunlar sadəcə sözlərdir. Müharibənin tez bitməyəcəyi aydındır. Bu, sadəcə olaraq mümkün deyil. Trampın hansı planı ortaya atmasından asılı olmayaraq, reallıq yoxlamasından keçməli olacaq”.