Kuleba: Ukrayna nə qədər tez F-16 alsa, bir o qədər tez yeni “taxıl dəhlizi” yarada biləcəkbackend

Kuleba: Ukrayna nə qədər tez F-16 alsa, bir o qədər tez yeni “taxıl dəhlizi” yarada biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ərzaq ixracı üçün yeni dəhliz yaratmaq üçün müasir F-16 qırıcılarından istifadə edə bilər

NOCOMMENT.az xəbər verir ki,  bu barədə xarici işlər naziri Dmitri Kulebaya “France 24” telekanalının efirində məlumat verib.

“Əgər F-16-larımız olsa, Ukrayna taxılını qlobal bazarlara çıxarmaqda Rusiyadan asılı olmayacağıq. Onları nə qədər tez əldə etsək, bir o qədər tez yeni qorunan dəhlizi işə sala bilərik”, – nazir deyib.

Kuleba qeyd edib ki, təyyarələrin tədarükü məsələsi artıq həll olunub. Eyni zamanda, onun sözlərinə görə, bu planların həyata keçirilməsi üçün müəyyən vaxt lazımdır.