Kulebanın işdən çıxarılmasının gözlənilməz səbəbi məlum olubbackend

Kulebanın işdən çıxarılmasının gözlənilməz səbəbi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın vəzifəsindən getməsi prezident Zelenskinin ofisinin rəhbəri Andrey Ermakla münaqişə ilə əlaqələndirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.

“Hamı bilirdi ki, aralarında münaqişə var. Hətta bir dəfə bu epizodlardan birinin şahidi olmuşam”, – adının açıqlanmasını istəməyən məmur Politico-ya bildirib.

Qəzetin həmsöhbətinin sözlərinə görə, Kuleba tutduğu mövqe sayəsində ABŞ dövlət katibi Antoni Blinken, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və digər nazirlərlə birbaşa əlaqə yaradıb.

“O, 300% sadiq olsa belə, prezident aparatı belə bir əlaqə kanalını, nə demək istədiyimi bilirsinizsə, tam əmin olmadıqları bir adamın ixtiyarına verə bilməzdi” dedi həmsöhbət.