Küləkdən istifadə edib, ağacı kəsdi – VİDEObackend

Küləkdən istifadə edib, ağacı kəsdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün axşam saatlarında Bakıda 30 illik şam ağacı kəsilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu general Mehmandarov küçəsi, 92 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən evlərdən birinin sahibi güclü küləyin əsməsindən sui-istifadə edərək həyətdəki şam ağacını kəsib.

Bu da ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, həmin şəxs ağacı ona mane olduğu üçün kəsdiyini bildirib: “Ancaq ağacın həmin evə giriş-çıxışa heç bir maneçiliyi yox idi. O, heç həmin evdə belə yaşamır”.

Məsələyə münasibət bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov deyib ki, ağacın kəsilməsindən xəbərdardırlar: “Ev sahibi həyətində olan ağacı kəsməyə icazə verilməsi üçün aidiyyəti quruma müraciət edib. Lakin ağaclar yaş olduğundan kəsilməsinə icazə verilməyib. Dünənki küləkdən istifadə edərək həmən ağacı qanunsuz kəsib”.

“Həmən ağac 18 santimetr diametrində idi. İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində qeyd edilib ki, qanunsuz ağac kəsən fiziki şəxslər 2 000 manat cərimə olunur. Orada dəymiş ziyan 600-700 manat miqdarındadır. Həmin şəxs 2700-2800 manat məbləğində cərimə olunacaq”, – deyə o vurğulayıb.