Küləkli hava nə vaxtadək davam edəcək?backend

Küləkli hava nə vaxtadək davam edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gün ərzində Bakı və Abşeron yarımadasında küləkli hava şəraiti davam edəcək.

NOCOMMENT xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, axşamda bəzi yerlərdə arabir yağış yağacaq. Mayın 21-də səhər saatlarından etibarən külək zəifləyəcək. Gündüz saatlarında mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

G.Məmmədova qeyd edib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək. Lakin mayın 21-də səhər saatlarından yağıntı dayanacaq.