Milli Hidrometeorologiya Xidməti noyabrın 22-də Bakıda və Abşeron yarımadasında, eyni zananda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Şabran, Xızı, Salyan, Xaçmaz, Neftçalada sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə cənub-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.