Küləyin sürəti güclənib – FAKTİKİ HAVA – YENİLƏNİBbackend

Küləyin sürəti güclənib – FAKTİKİ HAVA – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 05-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi şimal-qərb küləyi arabir güclənib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb.

Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR -da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

***

15:42

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 5-i saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi 21 m/s-dək güclənib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki,  bu barədə xidmət məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 31, aran rayonlarında 34, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.