Külli miqdarda ağac kəsən şəxslə bağlı rəsmi açıqlamabackend

Külli miqdarda ağac kəsən şəxslə bağlı rəsmi açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyət küçəsimdə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən NOCOMMENT.az-a verilən məlumata əsasən, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı Xırdalan şəhəri 27-ci məhəllə, Qalibiyyət küçəsində vətəndaş Taleh Niftəliyevin mülkiyyətində olan ərazidə tikinti aparılması məqsədilə gecə saatlarında 23 ağacın və 32 kolun kəsildiyi məlum olub.

Yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə külli miqdarda ziyan dəydiyi müəyyən edilib.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.

H.Əlizadə ölkə ərazisində genişmiqyaslı yaşıllaşdırma tədbirlərinin aparıldığı, yaşıllıqların mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin getdiyi bir zamanda bu cür halları cəmiyyətə qarşı çağırış kimi qiymətləndirib.

“Belə halların baş verməsini qınayırıq və buna yol verənlərin ciddi hüquqi nəticələrlə üzləşəcəyinə əminliyimizi bildiririk.

Mülkiyyətçiləri, sahibkarları, tikinti şirkətlərini qəti şəkildə bu cür hallara yol verməməyə, ətraf mühitə qayğı ilə yanaşmağa çağırırıq.