Qırıcı təyyarələrinin Estoniyanın hava məkanını pozduğu iddia edilən Rusiyanın hərəkətləri NATO ölkələri ilə birbaşa qarşıdurma təhlükəsi yaradır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
“Bu, NATO ilə Rusiya arasında birbaşa silahlı qarşıdurmaya yol açır”, – deyə Kuper qeyd edib.
Nazirin sözlərinə görə, NATO üzv ölkələrinin birləşmiş gücü rəqibsizdir və “alyansın Avropada sülh və təhlükəsizliyi qorumaq əzmi sarsılmazdır”. Böyük Britaniya XİN rəhbəri vurğulayıb ki, lazım gələrsə, NATO alyans üzvlərinin hava məkanını pozan təyyarələrə qarşı tədbir görəcək.