Kurban Berdiyevdən daha bir anlaşılmaz QƏRARbackend

Kurban Berdiyevdən daha bir anlaşılmaz QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Rəhim Sadıxov qış fasiləsində “Sumqayıt”ı “Turan Tovuz”a dəyişə bilər.

Düzdü, hazırda tərəflər arasında danışıqlar hələ tam bitməyib.

NOCOMMENT.az xəbər verir ki, Sadıxov maksimum daha çox qazanmaq, bölgə klubu isə qiymət endirməyə çalışır.

Keçidin alınıb-alınmayacağını yaxın günlərdə biləcəyik.

Mənə qəribə gələni isə Kurban Berdiyevin israrla 28 yaşlı futbolçunu sərəncamında görmək istəyidir. Açığı, məlumatı ilk dəfə eşidəndə inanmadım, ciddiləşəndə isə təəccübləndim.

2019-ci ildən ölkəmizə pənah gətirən orta sahə oyunçusunun qabiliyyətinə hamımız yaxşı bələdik.

Topla yaxşı rəftarı olan futbolçunun ən böyük problemi müdafiə fazasında yoldaşlarına istənilən səviyyədə kömək etməməsidir. Əhval-ruhiyyə futbolçusu olan “10 nömrə” ilə yüksək hədəflər üçün yola çıxmaq qəti olmaz.

Rəşad Sadıqov ötən yay onu “Zirə”dən boşuna yola salmamışdı.

Öncə Samir Abasov, ardınca Vaqif Cavadovun Sadıqovdan imtina etməsi də eyni səbəbdən idi.

“Turan Tovuz”un bu gün hədəfi avrokuboklarda çıxış etməkdir. Berdiyevin oynatdığı sistemdə isə astagəl futbolçulara yer yoxdur.

Belədə Berdiyevin onu seçməsi anlaşılmaz qərar sayıla bilər.

Bu, təcrübəli mütəxəssisin ölkəmizdə olduğu qısa müddətdə ikinci belə addımıdır.

O, mövsümün əvvəli Tural Bayramlını şəxsən komandasında görmək istəyirdi. Rəhbərlik də yeni baş məşqçinin arzusunu yerinə yetirdi. İlk gündən texniki futbolu az-çox bacaran Bayramlının Berdiyevin sistemində bir işə yaramayacağını proqnozlaşdıranlar az deyildi.

Zaman da bunu təsdiqlədi. İlk 4 turda əsas heyətdə meydana çıxan “8 nömrə” növbəti 3 görüşdə ikinci yarı oyuna qoşuldu.

Son 10 turda isə 1 dəqiqə oynamaq şansı almayan yarımmüdafiəçisi faktiki ehtiyat skamiyanın daimi sakininə çevrilib.

Rəhimin Qərb təmsilçisinə keçidi reallaşsa, eyni taleyi yaşamaq ehtimalı da yüksəkdir.\\Sportinfo