Goranboyda 40 yaşlı piyada avtomobilin altında qalaraq vəfat edib.
NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Veyisli kəndində qeydə alınıb.
“Ford Fusion” markalı minik maşını ilə hərəkətdə olan Tarzan Şamilov həmkəndlisi Əhməd Ərəbovu vurub. Ağır xəsarət alan Ə.Ərəbov xəstəxanada ölüb.
Əldə etdiyimiz ilkin məlumata görə, mərhum Əhməd Ərəbov kənddə “Kürd Amo” kimi tanınıb. O, 3 il əvvəl külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
“Kürd Amo”nun yaxınları və şahidlər iddia edir ki, qohumu Tarzan Şamilov hadisəni qəsdən törədib. Belə ki, sürücünün maşınla mərhumun üstündən bir neçə dəfə keçdiyi də deyilir.
İstintaq bütün iddialarla bağlı araşdırma aparır.
***
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T. Şamilov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.