Kürd yaraqlıları: Türkiyə İraqın şimalında bazalar qururbackend

Kürd yaraqlıları: Türkiyə İraqın şimalında bazalar qurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əl-Ərəbiyyə televiziyası xəbər verir ki, kürd yaraqlıları Türkiyənin İraqın şimalında hərbi bazalar qurduğunu bildiriblər.

“Türk qoşunları İraqın şimalını işğal edir və hərbi bazalar yaradırlar”, – deyərək ərəb kanalına açıqlamada Türk qoşunlarının İraqın şimalında təxminən 20-40 kilometr irəlilədiyini də söyləyiblər. Yaraqlıların fikrincə, türk işğalı İraq suverenliyinin kobud şəkildə pozulmasıdır.

NOCOMMENT xatırladır ki, bir qədər əvvəl Türkiyə Müdafiə Nazirliyi ölkədə qadağan edilən Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı İraqın Haftanin bölgəsində yeni əməliyyatın başlandığını elan etmişdi. İraq Xarici İşlər Nazirliyi Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında növbəti əməliyyatı ilə əlaqədar olaraq iki dəfə Türkiyə səfirinə etiraz notası təqdim etmişdi.

Türkiyə tərəfinin bildirdiyinə görə, Türkiyə ilə PKK arasındakı silahlı qarşıdurmanın 2015-ci ilin iyulunda yenidən başlamasından sonra kürd üsyançılarının hücumları nəticəsində minə yaxın hərbçi və polis əməkdaşı, həmçinin 500-ə yaxın mülki şəxs həlak olub. PKK bazaları əsasən İraqın şimalında yerləşir, Türkiyə Silahlı Qüvvələri 5 il ərzində bu ərazilərdə 10 mindən çox PKK üzvünü zərərsizləşdirərək hava və quru əməliyyatları keçiriblər.