Kürdə batan 4 nəfərin cəsədi hələ də tapılmayıb – Videobackend

Kürdə batan 4 nəfərin cəsədi hələ də tapılmayıb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gecə Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində 4 nəfər batıb.

NOCOMMENT.az “Yeni Sabah”a istinadən bildirir ki, bu saata qədər aparılan axtarış işləri heç bir nəticə verməyib, cəsədlər tapılmayıb. Axtarışa aidiyyatı dövlət qurumlarının nümayəndələri, FHN əməkdaşları qoşulub.

Xatırladaq ki, Kür çayının Tovuz rayonunun ərazisindən keçən hissəsində dəhşətli hadisə baş verib. Gecə saat 00 radələrində VAZ 2107 markalı avtomobildə olan 5 nəfər maşınqarışıq Kür çayına düşüblər. Avtomobil çaya düşən zaman onlardan biri özünü maşından ataraq xilas ola bilib. Digər 4 nəfər isə maşınla bərabər suya düşərək boğulublar.