Kürdə batan uşağın meyiti tapılıbbackend

Kürdə batan uşağın meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 9-da Kür çayında batan uşağın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) NOCOMMENT-ə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zəng əsasında Kür çayının Sabirabad rayonu Cəngan kəndi ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb. Nəticədə 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti aprelin 14-də səhər saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızı və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə aprelin 9-da FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Aprelin 10-da Hüseynli Məryəm Şahin qızının meyiti Kür çayında tapılaraq aidiyyəti üzrə təhvil verilib.