Kürdə batanlar 4 gündür axtarılır – VİDEObackend

Kürdə batanlar 4 gündür axtarılır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndindəki körpüdən Kür çayına düşən 3 nəfərin axtarışları davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, çayda batdığı ehtimal olunan şəxslər FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən axtarılır.

Bildirilir ki, Tovuz sakinləri 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlu,1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlu və 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun axtarışları batdıqları ehtimal olunan istiqamətlər üzrə intensiv şəkildə davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində maşında 4 nəfər olub. Onlardan biri – 1992-ci il təvəllüdlü Turqut İbrahimov sudan çıxaraq xilas olub.