Kürdə batdığı ehtimal edilən şəxsin axtarışları dörd gündür davam edirbackend

Kürdə batdığı ehtimal edilən şəxsin axtarışları dörd gündür davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində 4 mart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Süleymanov Hüseyn İsrafil oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə NOCOMMENT.az-a FHN-dən bildirilib.

Gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib. Əlavə məlumat veriləcək.