Kürdə gənc qız batdıbackend

Kürdə gənc qız batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kür çayının Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızı batıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.