Kürdəmirdə avtomobillər toqquşub, 3 nəfər yaralanıbbackend

Kürdəmirdə avtomobillər toqquşub, 3 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” markalı avtomobil “VAZ-21015” markalı maşınla toqquşub. Nəticədə “VAZ-21015” markalı avtomobildə olan 3 nəfər – 29 yaşlı Hüseynov Ümid Qnyaz oğlu, 17 yaşlı Manaflı Vüsal Tahir oğlu və 2 yaşlı Hüseynli Miray Ümid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.