Kürdəmirdə vətəndaşlar etiraz aksiyası keçiriblərbackend

Kürdəmirdə vətəndaşlar etiraz aksiyası keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Kürdəmir sosial şəbəkə hesabına istinadən xəbər verir ki, rayonun Pirili kənd əhalisi heyvan otarılması üçün nəzərdə tutulan otlaq-örüş sahələrinin zəbt olunmasına etiraz ediblər.

“Yəni hər bir kəndliyə istər həyətyanı, istərsə də təsərrüfatla məşğul olmaq üçün yer ayrılıb. Ümumi örüş otlaq sahələri qanunla dövlət mülkiyyətində torpaq sahəsi sayılır ki, dövlət bunu icarəyə verə bilər. Ona görə bu qanun həm vətəndaşa onun, baş düşəcəyi dildə anlatmalı və həm də vətəndaş narazı salınmamalıdır.

Yəni kəndli anlamalıdır ki, torpaq boşdursa mən mal-qaramı orada gedib otara bilərəm deyə bir şey yoxdur. Torpaqdan səmərəli şəkildə istifadə etmək lazımdır. Bələdiyyə onu sahibkara icarəyə verə bilər. Sahibkar da orda parnik qurar, əkin əkər.

Lakin camaatı qıcıqlandıran bir-iki hal var. Çox vaxt bu torpaqlar qanunla sahibkara verilməkdənsə, kənd icra nümayəndəsi və ya bələdiyyə sədri, onların ailələrindən birinə heç bir qanuna uymadan verilir. Bu da camaatda haqlı narazıçılıq yaradılır.

Örüş otlaq sahələri dövlətin mülkiyyətindədir, qanuni haqqı ödənilməklə sahibkara icarəyə verilə bilər.
Əgər icarəyə verilməyibsə, o zaman yuxarıda adını çəkdiyim şəxslər onu zəbt etməməlidir. Vətəndaş da anlamalıdır ki, o torpaq onun deyil.

Burada rayonu təmsil edən deputatlar da dövlətlə camaat arasında körpü rolunu oynamalıdır ki, məsələ xoşluqla həll olsun”, deyə sakinlər bildiriblər.