Kürdəmirin keçilməz küçəsi: Nə işıq, nə kanalizasiya, nə də asfalt var – VİDEObackend

Kürdəmirin keçilməz küçəsi: Nə işıq, nə kanalizasiya, nə də asfalt var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirin mərkəzi küçələrindən olan Mirzə Ələkbər Sabir küçəsinin sakinləri bir neçə problemlə üz-üzə qalıblar.

NOCOMMENT.az xəbər verir ki, Belə ki, adıçəkilən küçədə yolun asfaltsız olması, kanalizasiya xəttinin və işıqlandırmanın olmaması onlara çətinliklər yaradır.

Sakinlər sözügedən problemlərin həll edilməsi üçün aidiyyəti qurumlar tərəfindən tədbir görülməməsindən şikayətçidirlər.

“Yolumuz, kanalizasiya xəttimiz, işığımız yoxdur. Gecə küçəyə çıxanda gözümüz ayağımızın altını görmür”, – deyə sakinlər narazılıqlarını bildiriblər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik: