Gürcüstanın paytaxtı Tbilisidə xilasedicilər bir günlük axtarışlardan sonra Kür çayına düşən avtomobildən daha iki nəfərin cəsədini tapıblar.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, digər sərnişinin axtarışları davam edir.
Qeyd edilir ki, qəza zamanı avtomobildə olan bir nəfər xilas edilib.
Polis artıq qəza törətməkdə təqsirli bilinən 23 yaşlı gənci həbs edib.
Xatırladaq ki, ötən axşam Gürcüstanın paytaxtı Tbilisidə Kür çayında aşkarlanan avtomobildən qadın meyiti tapılıb. Ekspertiza nəticələrinə əsasən, meyitin 40 gün əvvəl itkin düşən Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya aid olduğu müəyyən edilib.
00:00
Gürcüstanın paytaxtı Tbilisidə Kür çayında aşkarlanan avtomobil və içindəkilərin axtarışı zamanı qadın meyiti tapılıb.
24News.ge portalına istinadla xəbər verir ki, tapılan meyit ekspertizaya göndərilib.
Ekspertiza nəticələrinə əsasən, meyitin 40 gün əvvəl itkin düşən Qardabani bələdiyyəsinin Kosalı kənd sakini, 21 yaşlı Aytac Məmmədovaya aid olduğu müəyyən edilib.
Qeyd edək ki, Aytac Məmmədova ötən ay itkin düşmüş və aparılan axtarışlar nəticə verməmişdi.
Hadisə ilə bağlı araşdırma davam edir.\\Oxu.Az