Kursk elektrik obyektinə hücumdan sonra cinayət işi açılıbbackend

Kursk elektrik obyektinə hücumdan sonra cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəntiqlər Ukrayna hərbçilərinin Kursk enerji obyektinə hücumundan sonra cinayət işi açıblar. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru- ya Rusiya İstintaq Komitəsi məlumat verib.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi (“Terror aktı”) ilə açılıb.

Aprelin 15-də Ukrayna hərbçiləri Kursk şəhərinin Jeleznodorojni rayonunda yerləşən yüksək gərginlikli elektrik xəttinə hücum etmək üçün pilotsuz təyyarədən istifadə ediblər. Nəticədə yerli sakinlər işıqsız qalıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi bir gün ərzində Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın enerji infrastruktur obyektlərinə altı dəfə hücum etdiyini bildirib.