Kursk vilayətinin Sudjanski rayonunun Russkoye Poreçnoye kəndində evlərin zirzəmilərində ukraynalı əsgərlər tərəfindən işgəncələrə məruz qalan mülki şəxslərin meyitləri tapılıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Rusiya Silahlı Qüvvələrinin “Şimal” qrupunun hərbçilərinə istinadən məlumat yayıb.
“Ukraynalı nasistlər kəndi tərk edə bilməyən qocalara işgəncə verib, əlləri bağlı olub və onları zirzəmiyə sürükləyiblər”, – agentliyin mənbəsi paylaşıb.
O, yaşlıların sağ qalmaq şansının olmadığını açıqlayıb.