İkinci Qərb Hərbi Dairə Məhkəməsi, Kursk vilayətinə qanunsuz daxil olmaqda iştirak etmiş iki Ukrayna hərbi qulluqçusunu 16 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin 95-ci ayrı hücum briqadasının iki atıcısı — Sergey Baranyuk və Aleksandr Vısotski Rusiya Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin “a” və “v” bəndləri (qabaqcadan əlbir olan şəxslər qrupunun törətdiyi, ağır nəticələrə səbəb olan terror aktı) ilə təqsirli biliniblər.
Məhkəmədə müəyyən edilib ki, hərbi qulluqçular öz bölmələrinin tərkibində Rusiya sərhədini qanunsuz keçərək Kursk vilayətinin Sudja rayonu ərazisində yerləşən Kamışevka kəndinə daxil olublar. Onların məqsədi həmin ərazidə terror fəaliyyətləri həyata keçirmək olub. Ukrayna hərbçiləri Rusiya hərbçilərinin fəaliyyətini müşahidə edərək bu barədə məlumat ötürüb, dövlət və yerli idarəetmə orqanlarının fəaliyyətini pozmağa cəhd göstərib, yerli əhalini qorxu altında saxlayıb və onların təxliyəsinə mane olublar.