Kursk vilayətinin hakimiyyət orqanları Kursk AES-in sənaye zonasından gediş-gəlişi məhdudlaşdırıbbackend

Kursk vilayətinin hakimiyyət orqanları Kursk AES-in sənaye zonasından gediş-gəlişi məhdudlaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əlavə təhlükəsizlik tədbirlərini təmin etmək üçün” operativ qərargah Kursk AES-in sənaye zonasında tranzit nəqliyyatın keçidini məhdudlaşdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksey Smirnov məlumat verib.

Smirnov qeyd edib ki, yerli sakinlər dolama marşrutdan Kurçatovski rayonunun İvanino kəndindən keçməklə istifadə edə biləcəklər.

Avqustun 28-də yerli hakimiyyət artıq Kursk Atom Elektrik Stansiyasının yerləşdiyi Kurçatov ərazisinə girişə məhdudiyyətlər tətbiq edib. Bu qaydalara əsasən, şəhərə yalnız qeydiyyatda olan yerli sakinlər, habelə buraxılış vərəqəsi almış müəssisələrin işçiləri daxil ola bilərlər.