Kursk vilayətinin iki sərhəd rayonunda sakinlərin məcburi təxliyəsinə başlanılacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksey Smirnov Telegram kanalında məlumat verib.
“Təhlükəsizliyi təmin etmək üçün regional əməliyyat qərargahı Ukrayna ilə sərhədə bitişik 15 kilometrlik zonada yerləşən Rılski və Xomutovski rayonlarında yaşayış məntəqələrinin məcburi boşaldılması barədə qərar qəbul edib”, – deyə rəsmi yazıb.
O qeyd edib ki, təxliyyə tədbirləri təhlükəsizlik qüvvələri, yerli administrasiya, həmçinin Patriot mərkəzinin sayıqları tərəfindən əlaqələndiriləcək. Smirnov evakuasiya aparılacaq yaşayış məntəqələrinin sakinlərini vəziyyətə anlayışla yanaşmağa, hakimiyyət və təhlükəsizlik qüvvələrinin tövsiyələrinə əməl etməyə çağırıb.
Kursk vilayətində Ukrayna qoşunları ilə avqustun 6-dan döyüşlər gedir. Bu bölgədə, həmçinin Belqorod və Bryansk vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq edilib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərdə olan insanların taleyi barədə heç nə məlum deyil.
Sentyabrın 11-də məlum olub ki, 150 mindən çox sakin Rusiya regionunun sərhədyanı rayonlarından təhlükəsiz ərazilərə köçürülüb.