Rusiya Daxili İşlər Nazirliyinin müstəntiqləri Kursk vilayətinin qubernatorlarının keçmiş müavinləri Aleksey Smirnov və Aleksey Dedovu dələduzluq yolu ilə büdcədən bir milyard rubl mənimsəməkdə ittiham ediblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə polis idarəsinin rəsmi nümayəndəsi İrina Volk bildirib.
Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi tərəfindən vəzifəli şəxslərin öz qulluq mövqelərindən istifadə edərək mütəşəkkil dəstənin tərkibində dələduzluqla məşğul olmaları müəyyən edilib. Onlar sərhəddə istehkamların tikintisi üçün Kursk vilayətinin İnkişaf Korporasiyasına ayrılmış vəsaiti oğurlayıblar.