Kursk vilayətinin qubernatorunun keçmiş birinci müavini Moskvada həbs edilibbackend

Kursk vilayətinin qubernatorunun keçmiş birinci müavini Moskvada həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvanın Meşçanski Rayon Məhkəməsi Kursk vilayətinin qubernatorunun keçmiş birinci müavini Aleksey Dedovu xüsusilə irimiqyaslı dələduzluq işi üzrə iki ay müddətinə həbs edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalı məlumat yayıb.

“Aleksey Vladimiroviç Dedov barəsində 2 ay 00 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ibtidai istintaq orqanlarının vəsatəti təmin edilib”, – məlumatda deyilir.

Dedov və vəkili daha yumşaq həbs-qətimkan tədbirinin seçilməsində israr ediblər.

Bir gün əvvəl bildirilib ki, Kursk vilayətinin keçmiş qubernatoru Aleksey Smirnov və onun keçmiş birinci müavini Aleksey Dedov müdafiə tikililərinin tikintisinə ayrılan 1 milyard rubldan çox vəsaiti mənimsəməkdə ittiham olunurlar.