“Kurtlar Vadisi”ndə narkotik şəbəkəsi haqda deyilənlər heyrətləndirdi – VİDEObackend

“Kurtlar Vadisi”ndə narkotik şəbəkəsi haqda deyilənlər heyrətləndirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur “Kurtlar Vadisi” serialından daha bir epizod gündəmə gətirilib. Sözügedən məsələ sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.

NOCOMMENT.az xəbər verir ki, burada tiryək istehsalı və onun beynəlxalq marşrutlarla yayılması məsələsinə toxunulur, həmçinin Əfqanıstan və regiondakı vəziyyətin mürəkkəbliyi barədə danışılır.

“Əfqanıstanın beş vilayətində, xüsusilə Helmand olmaqla, Kandahar, Uruzqan, Nangarhar və Kunar bölgələrində tiryək tarlaları mövcuddur. Burada yığılan və çox pis şəraitdə emal edilən narkotik maddələr üç əsas marşrut vasitəsilə dünyaya yayılır.

Birinci yol Rusiya üzərindən keçir.
İkinci marşrut İran və Türkiyə vasitəsilədir.
Üçüncü yol isə Pakistan, Peşəvər və Kəraçi istiqamətini əhatə edir.

Bu marşrutlar arasında ən çətin və riskli yol İran–Türkiyə xəttidir. Artıq bu yollar əvvəlki kimi təhlükəsiz deyil. Son bir-iki il ərzində Türkiyə polisi böyük miqdarda narkotik maddə ələ keçirib, bu isə digər marşrutların, xüsusilə Rusiya istiqamətinin şansını xeyli artırıb.

Əvvəllər Əfqanıstanda professorlar yüksək keyfiyyətli heroin istehsal edirdilər, lakin indi o köhnə istehsalçılar yoxdur. Cənub-Şərqi Anadolu bölgəsinin məşhur istehsal müəssisələri də sıradan çıxıb. Hazırda İstanbulun kənar məhəllələrində bəzi kiçik istehsal yerləri mövcuddur, lakin əvvəlki səviyyədə deyil.

Bəs Əfqanıstan işğal altındaykən narkotik istehsalı azalıbmı? Açığı, xeyr. 1996–2000-ci illərdə “Taliban”ın hakimiyyəti dövründə narkotik istehsalı 95 faiz azalmışdı – bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) da təsdiqləyir.

Amma indi BMT-nin hesabatlarına görə, işğal altındakı Əfqanıstanda narkotik istehsalı 1,400 faiz artıb. Yəni, Amerika Vyetnamda etdiyini burada da edir. Çünki narkotik ən rahat şəkildə hərbi formanın kölgəsi altında daşınır”.//globalinfo.az