Kütləvi ixtisarla bağlı qurumdan RƏSMİ AÇIQLAMAbackend

Kütləvi ixtisarla bağlı qurumdan RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində kütləvi ixtisarların başladığı iddia olunur.

NOCOMMENT xəbər verir ki, bununla bağlı bizim media-ya 31 il “Azərbaycan Dəmir Yolları” QSC-də Təsərrüfat Departamentinin sədr müavini vəzifəsində çalışan, hazırda isə işdən çıxarılan Mehman Əliyev məlumat verib. Şikayətçinin bildirdiyinə görə, sədr müavini olduğu departamentin təxminən 35 nəfərinin işinə əsassız yerə xitam verilib və bu barədə işçilərin özlərinə də xəbərdarlıq edilib. İşdən kənarlaşdırılmalarına səbəb olaraq isə müqavilə müddətinin bitməsi əsas gətirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən məsələ ilə bağlı bildirilib ki, Azərbaycan Dəmir Yolları” QSC-də işçilərin və iş yerlərinin kütləvi şəkildə ixtisarı nəzərdə tutulmur.

“Hazırda strukturun optimallaşdırılması istiqamətində bir sıra kompleks tədbirlər həyata keçirilir, zəruri olmayan ştat vahidləri ləğv edilir və bu vahidlər üzrə yeni işçilərin qəbulu aparılmır. Hazırda əmək müqaviləsinin müddəti bitmiş əməkdaşların kvalifikasiya göstəriciləri və peşə bacarıqları yoxlanılaraq onlara Azərbaycan Dəmir Yollarının müxtəlif strukturlarında müvafiq işlər təklif olunur”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, oktyabrın 26-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Rövşən Mürvət oğlu Rüstəmov sədr təyin edilib.

Dekabrın 2-də isə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsinin rəisi Natavan Bayramova işdən çıxıb. O, bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu.