Küveyt vətəndaşlarını Sudandan çıxarmaq üçün “fövqəladə əməliyyata” başladıbackend

Küveyt vətəndaşlarını Sudandan çıxarmaq üçün “fövqəladə əməliyyata” başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt, ordu ilə paramiliter Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurmalara səhnə olan Sudandan vətəndaşlarını təxliyə etmək üçün “təcili əməliyyat” başlatdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə Küveyt Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib.

Küveytin xarici işlər naziri Şeyx Səlim Abdulla əl-Cabir əs-Sabah Xarici İşlər Nazirliyinin Sudandakı silahlı münaqişələr və kritik təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşların təxliyyəsi üçün bu əməliyyatı həyata keçirdiyini və qərarın siyasi administrasiya tərəfindən diqqətlə izlənilməsi nəticəsində qəbul edildiyini qeyd edib.

Ölkələrinə qayıtmaq istəyən bütün küveytlilərin sağ-salamat Səudiyyə Ərəbistanının Ciddə şəhərinə çatdığını bildirən nazir vətəndaşların Küveytə təhlükəsiz şəkildə köçürülməsi üçün işlərin davam etdiyini bildirib.

NOCOMMENT.AZ