Küveytdə yaşayış binasındakı yanğında 41 nəfər ölübbackend

Küveytdə yaşayış binasındakı yanğında 41 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveytin Manqaf şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın 41 nəfərin həyatına son qoyub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə zamanı 15 nəfər ağır yaralanıb.

Bildirilib ki, binada əcnəbi miqrantlar yaşayıb. Hazırda onların şəxsiyyətlərinin və mənsub olduğu ölkələrin müəyyənləşdirilməsi üçün işlər aparılır.

Hadisənin səbəbləri barədə danışan daxili işlər naziri Şeyx Fəhad əl-Yusif əl-Sabah bildirib ki, artıq binanın sahib olduğu şirkətin rəhbəri həbs olunub.

O, həmçinin yanğının səbəblərinin araşdırıldığını bəyan edib.