Kuznetsov: Osmanlının erməniləri köçürməsi vacib idibackend

Kuznetsov: Osmanlının erməniləri köçürməsi vacib idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər tarixi və rəsmi sənədlərlə “soyqrım” termininin düzgün olmadığını bilir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib.

O, Birinci Dünya müharibəsinə qatılan ölkələrdə ordunun təhlükəsizliyi üçün müxtəlif tədbirlərin görüldüyünü, Çar Rusiyasında da alman və yəhudilərin sürgün edildiyini xatırladıb: “Bütün bunlar düşmənin tərəfinə keçilməməsi və ordunun təhlükəsizliyinin təmin olunması üçün edilirdi. Bu, hərbi siyasətin bir hissəsidir”.

Kuznetsov erməni dəstələrinin bu dövrdə Osmanlı imperiyasına qarşı fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb: “Təbii olaraq ermənilər müharibə xəttindən uzaq bölgələrə göndərildi. Onların çoxu Şimali İraq və indiki Livan bölgəsinə yerləşdirildi. Buna görə 1915-ci ildə Osmanlının ermənilərə qarşı yönələn tədbirlərinin qeyri-adi olduğunu söyləmək fantaziyadır”.