Şimali Koreyanın Əmək Partiyası Mərkəzi Komitəsinin Təbliğat şöbəsi sədrinin müavini Kim E Con bildirib ki, ABŞ-nin Ukraynaya hərbi yardımı genişləndirməsi ciddi səhvdir və bu, Avropa, bütün dünya üçün nüvə fəlakəti ilə nəticələnə bilər.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, onun bəyanatını Koreyanın Mərkəzi Teleqraf Agentliyi yayıb.
Bəyanatda ABŞ-nin Ukraynaya 8 milyard dollardan artıq hərbi yardımın növbəti tranşını verməsi kobud səhv və axmaq davranış adlandırılır.
Kim E Con iddia edib ki, ABŞ-nin Ukraynaya astronomik məbləğdə müxtəlif silahlar verməklə münaqişəni uzatmaq və genişləndirmək niyyətində olması, vəziyyəti gərginləşdirmək cəhdləri bütün Avropanı nüvə müharibəsinin dəhşətli fəlakətlərinə məruz qoyacaq.
“Əgər Birləşmiş Ştatlar və Qərb indiki kimi nüvə fövqəldövləti olan Rusiya ilə odla oynamağa davam etsələr, bunun nəticələrinin öhdəsindən gələ biləcəklərmi?”, – o fikirlərini yekunlaşdırıb.