Koreya Xalq Demokratik Respublikasının (KXDR) ordusu Koreya Respublikası və ABŞ tərəfindən dəniz sərhədinin pozulması, artan hava kəşfiyyatı və göndərilən vərəqələrə cavab olaraq tədbir görəcək.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə KXDR müdafiə nazirinin müavini Kim Qan İlin bəyanatında deyilir.
Onun sözlərinə görə, son zamanlar ABŞ və Koreya Hərbi Hava Qüvvələri açıq şəkildə KXDR-ə qarşı hava kəşfiyyatının sayını artırıb:
“Mayın 13-dən 24-dək ABŞ Hərbi Hava Qüvvələri 16 kəşfiyyat təyyarəsi hərəkətə keçib. Seul və Vaşinqton demək olar ki, fasiləsiz və hər gün hava kəşfiyyatı həyata keçirməklə KXDR-in milli suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozurlar”.