Kyodo: ABŞ əsgəri Okinavalı qadını zorlamaqda şübhəli bilinirbackend

Kyodo: ABŞ əsgəri Okinavalı qadını zorlamaqda şübhəli bilinir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Okinava prefekturasının polis əməkdaşları amerikalı hərbçiyə qarşı yerli qadının zorlanmasına görə qaldırılmış işin materiallarını prokurorluğa təhvil veriblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, qadın 2024-cü ilin noyabrında hücuma məruz qalıb. Materialda başqa təfərrüatlar verilmir.

Nəşr vurğulayır ki, ölkədə yerləşən Amerika hərbi bazalarının əksəriyyəti Okinava ərazisində cəmləşib. Yerli sakinlər mütəmadi olaraq bundan narazılıqlarını bildirirlər, çünki prefekturada çoxlu sayda ABŞ hərbçisinin olması daim qalmaqallara səbəb olur.

Dekabrın 23-də minlərlə Okinavalı 15 yaşlı məktəblinin zorlanmasına görə Amerika hərbçilərindən üzr istəməsini və təzminat tələb edərək etiraz aksiyası keçirib. Mitinqdə prefekturanın qubernatoru Denni Tamaki də iştirak edib. O, bir çox yaponların ABŞ hərbçiləri ilə “narahatlıqla yanaşı yaşamaq” məcburiyyətində olduğunu söyləyib.

Nümayişin keçirilməsinə 2023-cü ilin sonlarında baş vermiş insident səbəb olub. Amerikalı əsgər azyaşlı qızı öz mənzilinə şirnikləndirib, sonra isə zorlayıb. Həmin şəxs daha sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib.